Xameneinin öldürülən 14 aylıq nəvəsinin fotoları yayıldı
Xəbər verdiyimiz kimi, ABŞ və İsrailin İrana endirdiyi hava zərbələri nəticəsində həlak olanlar arasında İranın ali dini lideri Əli Xameneinin ailə üzvləri də olub.
Patrul.az xəbər verir ki, İranın “Fars News Agency”ə istinadən xəbər verir ki, hücum zamanı Xameneinin ailəsinin dörd üzvü – qızı, kürəkəni, nəvəsi və gəlinlərindən biri də həyatını itirib.
İran mediasının məlumatına əsasən, öldürülən nəvənin cəmi 14 aylıq olduğu qeyd olunur. Onun fotosu ölkə mediasında və sosial şəbəkələrdə paylaşılıb. Məlumata görə, 14 aylıq Zəhra Məhəmmədi Qolpayeqani Xameneinin nəvəsi olub.
Ayətullahın ölümü ilə əlaqədar ölkədə qırx günlük milli matəm və yeddi günlük qeyri-iş günü elan edilib.
Qeyd edək ki, Əli Xameneinin həyat yoldaşı Mənsurə Xocəstə Bağırzadə də bu gün ABŞ və İsrailin hava hücumları zamanı aldığı xəsarətlərdən dünyasını dəyişib.







