media-inshot_20251008_145855719

“İsrail dünyanın ən nifrət edilən hökumətidir”.

Patrulaz.az xəbər verir ki, bunu İranın ali rəhbəri Əli Xameneyi “X” platformasında, HƏMAS-ın İsrailə hücumunun ikinci ildönümü ərəfəsində paylaşımında qeyd edib.

O, paylaşımında İsrailin hazırda “dünyanın ən nifrət edilən rejiminə” çevrildiyini və “sionizmə qarşı qlobal müqavimətin formalaşdığını” vurğulayıb.

Xameneyin paylaşımında deyilir:
“Fələstinin cəsur ‘Əl-Əqsa’ əməliyyatı sionist rejimin 70 ildən çox davam edən cinayətlərinə cavab idi. ‘Əl-Əqsa qasırğası’ zamanı sionist rejim ağır məğlubiyyətə uğradı. Bu gün o, dünyanın ən nifrət edilən rejimidir və indi sionizmə qarşı qlobal müqavimət var”.

Xatırladaq ki, 2023-cü ilin 7 oktyabr tarixində başlayan İsrail–HƏMAS müharibəsi nəticəsində Qəzzada ölənlərin sayı 67 173 nəfərə çatıb.

media-img_20251008_145623_463

Gülbəniz Səfərova


Bənzər xəbərlər