media-l-0x0wh-786x458z-1

İranın ali rəhbəri Əli Xameneyi ABŞ Prezidenti Donald Trampın İsrailə səfəri zamanı səsləndirdiyi bəyanatlara sərt reaksiya verib.

Patrulaz.az xəbər verir ki, Ayətullah Xamenei Trampı “özünü bacarıqlı göstərməyə çalışan, boş və yalançı sözlər danışan şəxs” kimi xarakterizə edib.

O, idman çempionları ilə görüşündə bildirib ki, Tramp bölgə, İslam Respublikası və İran xalqı haqqında yalanlar yaymaqla İsraildəki “ümidsiz və məyus olmuş sionistlərə” mənəvi dəstək verməyə çalışıb.

“Bu adam cəfəngiyyat və təkəbbürlü sözlərlə onların ruhunu qaldırmağa çalışır, ancaq bu cəhdlər əbəsdir,” – deyə Xameneyi vurğulayıb.

O əlavə edib ki, 12 günlük müharibədə “sionistlərə” elə sillə vurulub ki, onlar bununla barışmaqda çətinlik çəkiblər və Trampın səfəri məhz bu məyusluğu aradan qaldırmaq məqsədi daşıyır.

Xameneyi, həmçinin Trampın Qərbi Asiya regionunda müharibə və ölüm barədə bəyanatına toxunaraq bildirib:

“Müharibələri siz başlatırsınız. Amerika terrorla yanaşı, müharibəni də qızışdırır. Əks halda, bölgədəki bütün bu hərbi bazaların məqsədi nədir? Amerikanın burada bölgə xalqı ilə işi nədir? Ölüm və müharibə onların varlığından qaynaqlanır”.


Bənzər xəbərlər