media-inshot_20251020_190501196

 “Qoy, elə zənn et ki, sən bizim nüvə sənayemizi məhv etmisən”.

Patrulaz.az xəbər verir ki, bu sözləri İranın ali lideri Ayətullah Əli Xameneyi “X” hesabındakı paylaşımda ABŞ prezidenti Donald Trampa ünvanlayarkən vurğulayıb.

O, Trampın İranın nüvə obyektlərinə hücum etməklə fəxr etdiyini və ölkənin nüvə sənayesini “məhv etdiyini zənn etdiyini” bildirib.

Xamenei qeyd edib ki, İranın nüvə proqramı zərbələrə baxmayaraq davam edir və Trampın iddiaları “yalandan ibarətdir”.

Xatırladaq ki, oktyabrın 13-də ABŞ Prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə birlikdə Knessetə gedərək Qəzza zolağında atəşkəslə bağlı çıxış edib. Bu zaman Tramp ABŞ-nin zərbələr zamanı İranın nüvə obyektlərinin “yox edildiyini” də açıqlayıb.

Gülbəniz Səfərova


Bənzər xəbərlər