Xaricdən maşın gətirən şirkətlərdə dələduzluq artır - müştərilərin aldanmamasının yolu nədir? - VİDEO
Son zamanlar Azərbaycanda xarici ölkələrdən avtomobil idxalı ilə məşğul olan bəzi şirkətlər ətrafında dələduzluq halları artmaqdadır. Xüsusilə sosial media platformalarında yayımlanan cəlbedici reklam çarxları, “ideal qiymət”, “qısa müddətdə çatdırılma” və “tam zəmanət” kimi vədlər bir çox vətəndaşı aldadıcı sxemlərin qurbanına çevirir.
Belə şirkətlərin əksəriyyəti onlayn platformalar üzərindən fəaliyyət göstərir, bahalı avtomobillərin görüntülərini paylaşaraq yüksək səviyyəli xidmət təsiri yaradır. Nəticədə alıcılar əvvəlcədən müəyyən məbləği ödəyir, lakin ya avtomobil gətirilmir, ya da vəd edilən şərtlər yerinə yetirilmir.
Bəs vətəndaşlar bu cür halların qurbanı olmamaq üçün nə etməlidirlər?
Məsələ ilə bağlı bu sahədə tanınmış şirkətlərdən biri olan “Troya Auto Group” ilə əlaqə saxladıq. Şirkət nümayəndələri bildiriblər ki, son dövrlər qeyri-peşəkar və qeyri-rəsmi fəaliyyət göstərən şəxslər bazarda inamsızlıq yaradır və bu da ümumi sektorun imicinə mənfi təsir göstərir.
Ətraflı sujetdə:
Günay Salayeva
Aslan Nadiroğlu






