Xətai rayonunda bu ərazilər pis gündədir - VİDEO
Bakının Xətai rayonu, Elvin Şükürlü küçəsində yol infrastrukturu ilə bağlı ciddi problemlər var.
Patrulaz.az məlumat verir ki, ərazidən çəkilmiş görüntülər yolun baxımsız qaldığını, su yığıntılarının əmələ gəldiyini və ətrafın ot-alaq, eləcə də zibillə örtüldüyünü göstərir. Sakinlər bildirirlər ki, yolun təmizlənməməsi və drenaj sisteminin işləməməsi və ümumiyyətlə olmaması səbəbindən yağış yağdıqda su gölməçələri yaranır, bu da piyadaların və sürücülərin hərəkətini çətinləşdirir. Eyni zamanda, ərazidə yığılan zibillər və nəzarətsiz bitən ot-alaq ümumi ekoloji və sanitar vəziyyəti daha da pisləşdirir.
Sakinlər adiyyatı qurumlardan yol infrastrukturunun yaxşılaşdırılmasını, su yığıntılarının qarşısını almaq üçün tədbirlər görülməsini və ərazinin təmizlənməsini xahiş edirlər.
Əlavə məlumat olaraq nəzərinizə çatdırırıq ki, yuxarıda qeyd olunan “Drenaj sistemi”– suyun müəyyən bir ərazidən kənarlaşdırılması üçün qurulan sistem və ya prosesdir. Bu sistem yağış, qar və ya digər yollarla toplanan suyun torpaqdan və ya səthdən axıdılmasını təmin edir. Şəhərlərdə “drenaj sistemi” əsasən yağış və kanalizasiya sularını düzgün istiqamətə yönləndirmək üçün qurulur. Əgər “drenaj sistemi” düzgün işləməzsə, yolların və səkilərin üzərində su gölməçələri və palçıq yığıntıları yaranır, bu da nəqliyyat və piyadalar üçün problem yaradır.