media-img_6654

Xətai rayonu, Sarayevo küçəsi 18 ünvanında qurumuş ağac aşıb və nəticədə ərazidə park edilmiş 5–6 avtomobilə ciddi ziyan dəyib.

Patrul.az-a daxil olan şikayətə əsasən, hazırda həmin ərazidə 5–10 ədəd təhlükəli vəziyyətdə olan qurumuş ağac da mövcuddur. Bu ağacların istənilən an aşaraq həm avtomobillərin, həm də insanların həyatı üçün real təhlükə yaratdığı bildirilir.

Sakinlər məsələ ilə bağlı aidiyyəti qurumlardan təxirəsalınmaz tədbirlərin görülməsini xahiş edirlər.


Bənzər xəbərlər