Xırdalanda bıçaqlı insident: vətəndaşlar şəxsi yerə yıxaraq bıçağı əlindən aldılar - VİDEO
Xırdalan şəhərinin mərkəzi küçələrindən birində axşam saatlarında baş verən insident ətrafdakı vətəndaşlar üçün gərgin anlara səbəb olub.
Patrul.az xəbər verir ki, hadisə təxminən saat 21:00 radələrində iki nəfər arasında yaranan mübahisə zamanı baş verib. Qısa müddətdə böyüyən mübahisə əlbəyaxa davaya çevrilib. Bu zaman tərəflərdən biri üzərində gəzdirdiyi bıçağı çıxararaq qarşı tərəfi hədələyib.
Vəziyyətin daha da gərginləşdiyini görən digər şəxs bıçaq olan şəxsi yerə yıxaraq onu zərərsizləşdirməyə çalışıb. Hadisə yerində olan vətəndaşların operativ müdaxiləsi nəticəsində bıçaq həmin şəxsin əlindən alınıb və insidentin böyüməsinin qarşısı alınıb.
Xoşbəxtlikdən baş verən hadisə ağır nəticələrlə yekunlaşmayıb və insident zamanı xəsarət alan olmayıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılıb-aparılmadığı isə hələlik məlum deyil.
Aynur Nadirqızı






