Xırdalanda binanın elektrik naqillərini oğurlayan şəxslər saxlanılıblar
Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən binalardan birinin elektrik naqillərinin oğurlanması barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətindən Patrul.az–a bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən E. Allahverdiyev və B. Əsədov müəyyən edilərək saxlanılıblar.
Faktla bağlı araşdırmalar davam etdirilir.






