Xırdalanda təhlükə yaradan qəzalı kanalizasiya quyusu bərpa edilib - VİDEO
Xırdalanda qəzalı vəziyyətdə olan kanalizasiya quyusu tam bərpa olunub.
Patrul.az xəbər verir ki, Xırdalan şəhəri, Heydər Əliyev küçəsində hərəkətdə olan nəqliyyat vasitələri təhlükə mənbəyinə çevrilmiş kanalizasiya quyusunun üzərindən keçməkdə çətinlik yaşayırdılar.
Patrul.az məsələni işıqlandırdıqdan sonra Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən sözügedən yoldakı kanalizasiya quyusunun qəzalı vəziyyəti aradan qaldırılıb.
Xatırladaq ki, bir neçə gün əvvəl həmin kanalizasiya qapağının dərinliyi bu yolda hərəkət edən moto-kuryerin qəzaya uğramasına səbəb olmuşdu. Hadisə nəticəsində moto-kuryer yüngül bədən xəsarətləri almış, motosikletinə isə ciddi ziyan dəymişdi.
Gülbəniz Səfərova






