"Yadplanetlilər gerçəkdir, amma..." - Barak Obamadan şok AÇIQLAMA
“Yadplanetlilər həqiqətdir, amma mən heç birini görməmişəm”
Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Barak Obama podkastda çıxışı zamanı deyib.
O, “Yadplanetlilər gerçəkdirmi?” sualına belə cavab verib:
“Onlar gerçəkdir, amma mən onları görməmişəm və heç yerdə saxlanılmırlar”.
Daha sonra aparıcı Koen Obamaya “Prezident olduğunuz dövrdə cavabını almaq istədiyiniz ilk sual hansı idi?” sualını ünvanlayıb.
Obama isə gülərək “Yadplanetlilər haradadır?” cavabını verib.
Qeyd edək ki, Barack Obama bundan əvvəl də bir neçə dəfə yadplanetlilərlə bağlı açıqlamalar verib. O, müxtəlif televiziya proqramlarında çıxışı zamanı prezidentliyi dövründə bu mövzu ilə maraqlandığını, lakin yadplanetlilərin mövcudluğunu təsdiqləyən heç bir rəsmi sübutun ona təqdim edilmədiyini bildirib.
Gülbəniz Səfərova






