“Yadplanetlilər insanları öldürür” – Dünyaca məşhur UFO eksperti xəbərdarlıq etdi
Dünyaca məşhur UFO tədqiqatçısı Jak Vallee yadplanetli varlıqların insanlara qarşı ölümcül hücumlar etdiyini iddia edərək bəşəriyyətə qorxulu xəbərdarlıq edib.
Patrulaz.az “NTV”yə istinadən xəbər verir ki, altmış ildən çoxdur UFO sahəsində çalışan Vallee ABŞ hökuməti ilə işlədiyi dövrdə UFO-larla qarşılaşmalar nəticəsində insan ölümlərinin sənədləşdirildiyini bildirib. Bu sənədlər Pentaqonun nəzdində aparılan Qabaqcıl Aerokosmik Silah Sistemləri Tətbiqləri Proqramı (AAWSAP) çərçivəsində toplanıb.
“Deyərdim ki, töhfə verdiyim sənədlərdə ölümlə nəticələnən və qəsdən törədildiyi açıq şəkildə görünən azı on hadisə var. Bu artıq sadəcə elmi fantastika deyil. Bu reallıqdır,” – deyə Vallee qeyd edib.
Qeyd edək ki, Vallee UFO-ların başqa planetlərdən yox, fərqli reallıqlardan gəldiyini düşünür. Onun fikrincə, bu tip gizli məlumatlar açıqlanacağı təqdirdə dünya dinləri, ictimai sabitlik və hökumətlərə inam ciddi sarsıntı keçirə bilər. O, həmçinin vurğulayıb ki, bu həqiqətlər illərlə korporativ sirrlər və hökumətlərin səssizliyi altında gizlədilib.
Gülbəniz Səfərova






