Yağış yağanda bu yollar həftələrlə keçilməz olur - VİDEO
Masallı rayonunun Boradigah qəsəbəsində sakinlər illərdir küçələrdə yığılan yağış sularından əziyyət çəkir.
Patrulaz.az-a verilən məlumata görə, hər yağış yağdıqdan sonra yollarda böyük gölməçələr yaranır, nəticədə piyada hərəkəti mümkünsüz olur. Sakinlərin sözlərinə görə, hər dəfə bir avtomobil keçdikdə yol boyu yığılan çirkli sular həyətyanı sahələrə sıçrayır və evlərə dolma təhlükəsi yaradır. Məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət edilsə də, heç bir tədbir görülməyib.