Yaponiyada 4,9 bal gücündə zəlzələ baş verib
Yaponiyada 4,9 bal gücündə zəlzələ qeydə alınıb.
Patrulaz.az xarici KİV-ə istinadla xəbər verir ki, yeraltı təkanların episentri bir milyondan çox əhalisi olan Senday şəhərindən təxminən 293 kilometr şərqdə yerləşib.
Zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub.
Zəlzələ nəticəsində ölən və ya xəsarət alanlar barədə məlumat yoxdur.
Xatırladaq ki, bundan əvvəl İranda da 5,1 bal gücündə zəlzələ baş verib.






