media-a66893b5-b0c5-4517-ab26-83403493f2e2

Yaponiyalı tədqiqatçılar milli tibbi lisenziya imtahanını uğurla verə bilən süni intellekt sistemi hazırlayıb.

Patrulaz.az “Xarici KİV”ə istinadən xəbər verir ki Milli İnformatika İnstitutu (NII) tərəfindən hazırlanan bu Böyük Dil Modeli 700 min tibbi məqalə, 16 milyon sənəd və tibbi dərsliklər əsasında öyrədilib. Nəticədə sistem imtahanda “uğur həddini” keçərək qlobal səviyyədə ən yüksək nəticələrdən birini göstərib.

Layihə rəhbərləri bildiriblər ki, süni intellekt ilkin müayinə əsasında diaqnoz təklif edə və klinik qərarların verilməsində həkimlərə dəstək ola bilər.

Qeyd edək ki, layihəyə 40-a yaxın universitet, elmi institut və özəl şirkət cəlb olunub. Yeni texnologiyanın yaxın gələcəkdə müalicə keyfiyyətini və əməliyyat səmərəliliyini artıracağı gözlənilir.

Gülbəniz Səfərova


Bənzər xəbərlər