media-b53590bf-9565-426b-9219-b31c49abb891-1

Bu gün Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun başçılığı ilə RİH aparatının kollektivi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə inzibati binada Ümummilli Liderin büstü önünə gül dəstələri qoyaraq xatirəsini yad edib.

Patrul.az xəbər verir ki, daha sonra aparatın kollektivi, həmçinin rayon bələdiyyəsinin, YAP-ın, MKTB-nin rəhbər heyəti və rayon ictimaiyyətinin fəalları Ulu Öndər Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər.

Burada Ümummilli Liderin xatirəsi ehtiramla yad olunub.

Yasamal rayon ictimaiyyəti Ulu Öndərin anadan olmasının 103-cü ildönümündə onun əziz xatirəsini dərin hörmətlə yad edib.

media-b53590bf-9565-426b-9219-b31c49abb891 media-5605a7f5-a731-4f47-94e1-9b2fe440f502 media-34286fff-c8c3-4597-96fd-488efed01d0a media-404dbde0-3246-422f-8fcc-ce0fc1efb7ed media-b1cf68e2-23ba-48a8-b47d-191b63213926 media-59cbf996-ac98-4f3f-8707-d779966710a9 media-cf074856-6715-47f7-a63c-5c2b48b7b0b1 media-0e75350a-19b3-492f-af25-fa8b176732fd


Bənzər xəbərlər