media-img-20251215-wa0034

Bakı şəhəri, Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsində 165 nömrəli avtobus dayanacağı ilə üzbəüz yeni quraşdırılmış dayanacaq vətəndaşların narazılığına səbəb olub.

Patrul.az-a müraciət edən sakin bildirir ki, yağış yağdıqda çuxurlu ərazidə salınmış dayanacaq su ilə dolur və nəticədə heç kim avtobus dayanacağından istifadə edə bilmir.

Əldə olunan görüntülərdə dayanacaqdakı çuxurun su ilə dolduğu, dayanacaqda isə yalnız bir pişik olduğu diqqət çəkib.

Yasamal sakinləri aidiyyatı qurumlardan dayanacağın daha uyğun yerdə yerləşdirilməsini xahiş edirlər.

Gülbəniz Səfərova


Bənzər xəbərlər