media-inshot_20260402_163959792

Paytaxtın Yasamal rayonunda fəaliyyətdə olan sərnişin avtobusunda tüstülənmə baş verib.

Hadisə Yeni Yasamal yaşayış massivi, Müzəffər Xiyabani küçəsində, 17 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda qeydə alınıb.

Məsələ ilə bağlı “BakuBus” MMC-dən Patrul.az-a verilən rəsmi məlumata görə, nasazlığa mühərrikin soyutma sistemindəki boru xəttində yaranan sızma səbəb olub. Soyutma mayesinin yüksək temperaturun təsiri ilə buxarlanması nəticəsində ətrafı tüstü dumanı bürüyüb.

Qurumdan bildirilib ki, hadisə zamanı sərnişinlərin təhlükəsizliyi dərhal təmin olunub:

“Sərnişinlər operativ şəkildə avtobusdan təxliyə edilərək ehtiyat nəqliyyat vasitəsinə yönləndiriliblər. Marşrutun hərəkət qrafiki qısa müddət ərzində bərpa edilib”.

“BakuBus” MMC sərnişinlərin təhlükəsizliyinin fəaliyyətlərində əsas prioritet olduğunu və bu istiqamətdə bütün zəruri profilaktik tədbirlərin davamlı olaraq həyata keçirildiyini vurğulayıb.

Gülbəniz Səfərova


Bənzər xəbərlər