media-894fc092-63d7-46de-8fc2-7c96694b25d1

Patrul.az  redaksiyasına izləyicilərdən biri tərəfindən videogörüntü göndərilib.

Bildirilib ki, hadisə 12 fevral 2026-cı il tarixində saat 15:30 radələrində paytaxtın əsas nəqliyyat arteriyalarından birində, Koroğlu metrostansiyası üzərindəki körpüdən Qara Qarayev metrostansiyası istiqamətində hərəkət zamanı qeydə alınıb.

77-PQ-838 dövlət qeydiyyat nişanlı Hyundai Elantra markalı avtomobilin sürücüsünün arxada hərəkətdə olan nəqliyyat vasitəsinin qarşısında qeyri-adekvat davranışlar sərgilədiyi iddia olunur. Kadrlardan aydın görünür ki, avtomobil hərəkət zamanı sağa və sola manevr edərək arxadan gələn nəqliyyat vasitəsinin hərəkət istiqamətini məhdudlaşdırır və onun ötmə əməliyyatı etməsinə imkan vermir.

Bu cür davranışlar yol hərəkəti təhlükəsizliyi baxımından ciddi risk hesab olunur. Sürücünün bilərəkdən və ya ehtiyatsızlıqdan digər nəqliyyat vasitəsinin hərəkətinə maneə yaratması qəza şəraitinin formalaşmasına, eləcə də zəncirvari toqquşmalara səbəb ola bilər.

Yol hərəkəti qaydalarına əsasən, hər bir sürücü digər hərəkət iştirakçılarına qarşı diqqətli və məsuliyyətli davranmalı, süni şəkildə təhlükəli vəziyyət yaratmamalıdır. Xüsusilə magistral və intensiv hərəkətli yollarda bu cür manevrlər ağır nəticələrlə yekunlaşa bilər.


Bənzər xəbərlər