Zakir Həsənov bayram münasibətilə hərbi hissələrə baş çəkib
Qurban bayramı münasibətilə Müdafiə Nazirliyinin rəhbər heyəti bir sıra hərbi hissələrə baş çəkərək şəxsi heyətlə görüşlər keçirib.
Patrulaz.az xəbər verir ki, bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.
Görüşlər zamanı Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın və müdafiə naziri, general-polkovnik Zakir Həsənovun bayram münasibətilə təbrikləri şəxsi heyətə çatdırılıb.
Nazirliyin rəhbərliyi eyni zamanda ön xəttdə yerləşən döyüş mövqelərinə gedərək hərbçilərlə görüşüb, onların xidməti-döyüş hazırlığı ilə maraqlanıb.