media-inshot_20260331_224251657

Zaqatalada yol-nəqliyyat hadisəsi baş verib.

Patrul.az “Report”a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Zaqatala-Qax avtomobil yolunun rayonun Gözbarax kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “VAZ-2107” və “VAZ-2109” markalı avtomobillər toqquşub, nəticədə iki nəfər xəsarət alıb.

Qeyd edək ki, qəza zamanı xəsarət alanlardan biri – “VAZ-2107″nin sürücüsü Ramazan Mahmudov Vətən müharibəsi şəhidi Natiq Mahmudovun atasıdır.


Bənzər xəbərlər