media-inshot_20260213_095549781

Filippində sosial media üçün hazırladığı görüntülər faciə ilə nəticələnib.

Patrul.az xarici KİV-ə istinadən xəbər verir ki, Filippində yaşayan 51 yaşlı qida bloqeri Emma Amit “Şeytan xərçəngləri” kimi tanınan zəhərli xərçəng növünü bişirərək sosial şəbəkə hesabında paylaşıb.

Hadisədən iki gün sonra bloqer vəfat edib. Ölümünün araşdırılması zamanı isə onun yaşadığı evindən yeyilmiş xərçəng qabıqları tapılıb.

Məlum olub ki, Emma Amit həmin xərçəngləri bir dostu ilə birlikdə yeyib və hər iki şəxs zəhərlənmə nəticəsində həyatını itirib.

Məlumata görə, Filippində ən zəhərli xərçəng növlərindən biri hesab edilən bu canlıların yaratdığı zəhərlənmə hallarının təxminən 50 faizi ölümlə nəticələnir.

Hadisə ilə bağlı araşdırma aparılır.


Bənzər xəbərlər