media-inshot_20260206_234125982

Ukrayna Prezidenti Volodimir Zelenski Əbu-Dabidə keçirilən danışıqlardan sonra növbəti mərhələyə keçməyə hazır olduqlarını bildirib.

Patrul.az xəbər verir ki, bu barədə Zelenski “telegram” kanalında paylaşım edib.

O qeyd edib ki, yaxın zamanda üçtərəfli formatda yeni görüşlərin keçirilməsi planlaşdırılır:

“Hazırda növbəti üçtərəfli görüşlərə hazırlaşırıq. Sabah isə avropalı tərəfdaşlarımızla müzakirələr aparacağıq”, – deyə Ukrayna lideri vurğulayıb.

Xatırladaq ki, fevralın 4-5-də Əbu-Dabidə Ukrayna, Rusiya və ABŞ nümayəndələrinin iştirakı ilə münaqişənin həlli istiqamətində danışıqlar baş tutub.


Bənzər xəbərlər