media-inshot_20260227_130013581

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə hazır olduğunu açıqlayıb.

Patrul.az xarici KİV-ə istinadən xəbər verir ki, Zelenski mümkün görüş üçün əsas şərtin Donbasla bağlı güzəştə getməmək olduğunu bildirib. Onun sözlərinə görə, Ukrayna öz ərazi bütövlüyü məsələsində mövqeyini dəyişməyəcək.

Zelenski eyni zamanda, ABŞ-nin müharibəyə son qoymaq üçün Rusiyaya təzyiq göstərdiyini də vurğulayıb.

Zelenski Donbası niyə itirmək istəmir?

Donbas regionu Ukraynanın şərqində yerləşir və illərdir davam edən münaqişənin əsas mərkəzlərindən biri hesab olunur. Region böyük kömür ehtiyatlarına və ağır sənaye müəssisələrinə malikdir. Ukrayna Konstitusiyasına əsasən, bu ərazi ölkənin ayrılmaz hissəsi sayılır. Donbasın strateji yüksəklikləri və sənaye zonaları Ukraynanın mərkəzinə gedən istiqamətlər üçün mühüm əhəmiyyət daşıyır.

Hazırda Donbas cəbhəsi dünyanın ən intensiv döyüş bölgələrindən biri sayılır. Hər iki tərəf burada gücləndirilmiş müdafiə xətləri qurub, döyüşlərdə isə əsasən artilleriya və pilotsuz uçuş aparatlarından istifadə edilir.

Rusiya Donbas üzərində tam nəzarəti təmin etməklə Krıma gedən quru dəhlizini təhlükəsizləşdirməyə və Ukraynanı bu istiqamətdə zəiflətməyə çalışır.


Bənzər xəbərlər