media-inshot_20260209_235513277

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı açıqlama verib.

Patrul.az xəbər verir ki, dövlət başçısı özünün “Telegram” kanalında yayımlanan videomüraciətində Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı sənədlərin hazır olduğunu bildirib.

“Sülhə alternativ yoxdur. Təhlükəsizliyə alternativ yoxdur. Dövlətimizin bərpasına alternativ yoxdur”, – deyə Zelenski vurğulayıb.

Prezident həmçinin etibarlı sülh üçün yeganə yolun təhlükəsizlik zəmanətləri olduğunu qeyd edib.

Xatırladaq ki, daha əvvəl Zelenski Ukraynanın müttəfiqlərinin ona 150 İsveç Gripen və 100 Fransa Rafale qırıcısı da daxil olmaqla yeni təyyarələr tədarük edəcəyini açıqlamışdı. Dövlət başçısı münaqişə bitdikdən sonra mülki aviasiyanın bərpasına və inkişafına da diqqət yetirəcəyini bildirib.


Bənzər xəbərlər