media-inshot_20251204_091404450

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-lə görüşə hazır olduğunu bildirib.

Patrul.az “UNN”a istinadla xəbər verir ki, Zelenski Trampın nümayəndələri ilə danışıqların Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov, Andrey Qnatov və digər əsas rəsmilər tərəfindən davam etdiriləcəyini qeyd edib:

“ABŞ-də görüşlərə hazırlaşırıq. Amerika komandası Moskvadan qayıtdıqdan və Vaşinqtonda müvafiq məsləhətləşmələrdən sonra Rustem Umerov, Andriy Qnatov və danışıqlar üçün lazım olan digər şəxslər prezident Trampın nümayəndələri ilə dialoqu davam etdirəcəklər”.

Məlumata görə, görüşün əsas məqsədi Ukraynanın sülh planının təbliği və ölkənin maraqlarının təmin edilməsidir.

Ukrayna dövlət başçısı vurğulayıb ki, layiqli sülh yalnız Ukraynanın maraqları nəzərə alınacağı halda mümkündür.

“İndi dünya birmənalı şəkildə hiss edir ki, müharibəni bitirmək ehtimalı var və danışıqlardakı indiki fəallıq Rusiyaya təzyiqlə dəstəklənməlidir. Məhz bu birləşmədən hər şey asılıdır – konstruktiv diplomatiya və təcavüzkara təzyiq. Hər iki komponent sülh üçün işləyir”, – Zelenski əlavə edib.

Xatırladaq ki, Ukraynanın ABŞ-lə danışıqlara hazırlaşması qərarı Amerika rəsmilərinin Moskva və Vaşinqtonda apardıqları görüşlərdən sonra verilib.

Gülbəniz Səfərova


Bənzər xəbərlər