Zəncirvari qəzaya səbəb olan sürücü yoluna davam etdi - VİDEO
20 fevral 2025-ci il, saat 13:06 radələrində Heydər Əliyev prospektindən şəhər istiqamətində hərəkət edən avtomobillər arasında zəncirvari qəza baş verib.
Patrulaz.az-ın əldə etdiyi məlumata əsasən hadisəyə səbəb olan sürücü yolda yüksək sürətlə digər avtomobillərin yoluna çıxaraq sürücülərin çaşqınlığına və bir neçə avtomobilin qəza etməsinə səbəb olduqdan sonra, heç bir məsuliyyət hiss etmədən yoluna davam edib. Hadisənin şahidlərinin verdiyi məlumata və videoregistrator görüntülərinə əsasən, “90-CL-002” dövlət nömrə nişanlı avtomobil qəza şəraiti yaradaraq “Niva” markalı avtomobilin aşmasına səbəb olub. Yol hərəkət qaydalarını kobud şəkildə pozan bu sürücü digər insanların həyatını təhlükəyə ataraq hadisə yerindən uzaqlaşıb.
Yol hərəkət qaydalarına riayət etməyən, məsuliyyətsiz manevrlər edən və digər insanların həyatını təhlükəyə atan belə şəxslərə qarşı sərt tədbirlər görülməlidir.
Dövlət Yol Polisi və aidiyyəti qurumların bu məsələ ilə bağlı operativ tədbir görəcəyindən əminik. Yol hərəkətində nizam-intizamın qorunması üçün belə halların cəzasız qalmaması və sürücülərin məsuliyyətə cəlb olunması zəruridir.