Dünyanın ən bahalı texno-brendləri
Dünyanın ən güclü texnologiya brendləri 2025-ci ildə də rekord marka dəyərlərinə imza atıblar.
Patrulaz.az Valyuta.az-a əsasən xəbər verir ki, “Brand Finance” təşkilatının 10 iyun tarixli hesabatına əsasən, bu il dünyanın ilk 100 texnologiya brendinin təxminən 75%-i marka dəyərində artım nümayiş etdirib.
2025-ci ilin lider texnologiya brendləri:

Apple – 574,5 milyard dollar
Apple dünyanın ən dəyərli texnologiya brendi ardıcıl ikinci ildir zirvədədir. İstehlakçıların 80%-dən çoxu brendi tanıyır, 45%-i isə məhsullarından istifadə etməyi planlaşdırır.

NVIDIA – 87,9 milyard dollar
Ən sürətlə yüksələn brend olan “NVIDIA”, bu il marka dəyərini 98% artıraraq 87,9 milyard dollara çatdırıb və bununla da ilk dəfə olaraq dünyanın ən dəyərli 10 texnologiya brendi siyahısına daxil olub. Bu nailiyyət əsasən süni intellekt texnologiyalarına yönəlmiş uğurlu strategiyası və qlobal bazarda tutduğu güclü mövqe ilə əlaqələndirilir.

Microsoft – Marka dəyəri sabit qalıb
Süni intellekt və bulud texnologiyalarına yönəlik yatırımları ilə mövqeyini qoruyur.

Google – Güclü ekosistem və istifadəçi etibarı
Axtarış sistemləri və reklam texnologiyaları üzrə liderliyini davam etdirir.

Amazon – E-ticarət və texnoloji xidmətlərdə dominant mövqe AWS və qlobal logistik şəbəkə ilə texnoloji gücünü artırır.

TikTok/Douyin – Gənc istifadəçilər arasında populyarlıq
Çin və qlobal bazarda yüksək istifadəçi rəqəmləri ilə ilk beşlikdə yer alır.
Siyahının güc göstəricilərinə nəzər saldıqda, Çin texnologiya sektorunun da ciddi yüksəliş göstərdiyi aydın görünür. “WeChat” ikinci il ardıcıl olaraq həm ümumi, həm də texnologiya kateqoriyasında dünyanın ən güclü brendi elan olunub. Brendin Güc İndeksi (BSI) 100 mümkün baldan 95,2 olaraq qiymətləndirilib və AAA+ reytinqi alıb. “WeChat”ın çoxşaxəli funksiyaları və yüksək inteqrasiya imkanları onun liderliyini qorumaqda mühüm rol oynayır.
Bununla yanaşı, “JD.com”, “Meituan” və “Taobao” kimi digər Çin texnologiya brendləri də ilk 10-luqda yer alaraq Asiyanın bu sektordakı güclənməsini nümayiş etdiriblər.






