15 naməlum PUA Belçika hava məkanını pozdu
Belçikanın hava məkanı yenidən pozulub.
Patrulaz.az xarici KİV-ə istinadla xəbər verir ki,
Belçikanın Liej əyalətinin şərqində yerləşən Elsenborn hərbi bazası üzərində 15 pilotsuz uçuş aparatı müşahidə edilib.
Dronlar müşahidə avadanlıqlarının sınaqları zamanı təsadüfən aşkarlanıb.
Məlumata görə, onların Belçikaya Almaniya sərhədindən daxil olduğu ehtimal edilir.
Belçikanın müdafiə naziri, flamand millətçisi Teo Frankenin ofisi hadisəni təsdiqləyib. Lakin dronların haradan gəldiyi və kim tərəfindən idarə edildiyi hələlik məlum deyil.
Hazırda Belçika ordusu məsələ ilə bağlı araşdırma aparır.
Xatırladaq ki, Rusiyaya məxsus MiQ-31 təyyarələrinin Estoniya hava məkanını pozması, daha sonra isə Polşaya daxil olması yaxın ölkələrdə narahatlıq yaradıb. Lakin Belçika üzərində müşahidə olunan PUA-ların hansı ölkəyə məxsus olduğu hələlik məlum deyil.
Gülbəniz Səfərova






