media-7c4c222a7ee20a2b0992ae8c48caa326

İordaniyada aparılan arxeoloji tədqiqatlar nəticəsində qədim Bizans şəhəri adlandırılan “Tharais”in yeri müəyyən olunub.

Patrulaz.az “Yahoo”ya əsasən xəbər verir ki, araşdırmalar Mutah Universitetinin dosenti Musallam R. əl-Ravahnehin rəhbərlik etdiyi tədqiqat qrupu tərəfindən 2021–2024-cü illər ərzində aparılıb. Komanda bu nəticələri “Gephyra” elmi jurnalında dərc edib. Qədim Madaba mozaika xəritəsi və sahə araşdırmalarına əsaslanan ekspedisiya nəticəsində Tharais şəhərinin Ölü dənizin cənub-şərqindəki Əl-İraq yaxınlığında yerləşdiyi müəyyən olunub.

Ərazidə mozaika döşəmələri, şüşə qablar, alətlər və xüsusilə Bizans bazilikasına bənzəyən bir struktur, eləcə də yunan və latın dilində dəfn yazıları tapılıb. Bu tapıntılar şəhərin həm dini, həm də iqtisadi mərkəz olduğunu sübut edir.

Musallam əl-Ravahneh qeyd edib:

“Tharais-in Madaba xəritəsində əks olunması və bazilika quruluşunun tapılması buranın təkcə kənd təsərrüfatı kəndi deyil, həm də müqəddəs yer və ticarət dayanacağı olduğunu göstərir”.

Qeyd edək ki, Tharais şəhəri qədimdə iqtisadi cəhətdən özünü təmin edirdi. Burada zeytun yağı sıxan avadanlıqlar, külək dəyirmanları və üzüm emalı qurğuları aşkarlanıb. Komanda bu ərazini müasir urbanizasiyadan qoruyaraq, İordaniyanın zəngin mədəni irsini gələcək nəsillər üçün saxlamağı qarşıya məqsəd qoyub.

Gülbəniz Səfərova 


Bənzər xəbərlər