16 yaşında avtomobil idarə edən gənc, piyadanı vurmaqdan son anda yayındı- VİDEO
Patrulaz.az-ın qaynar xəttinə göndərilən videogörüntüdə 99-RL-305 dövlət qeydiyyat nişanlı “Kia Rio” markalı avtomobili idarə edən, yaşı iddialara görə 16 olan gəncin yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu əks olunub.
Kadrlarda sürücünün svetoforun qırmızı işığında hərəkətini davam etdirdiyi və piyada keçidində hərəkətdə olan şəxsi vurmaqdan son anda yayındığı görünür.
Qanunvericiliyə əsasən, sürücülük vəsiqəsi yalnız 18 yaş tamam olduqdan sonra əldə edilə bilər. Bu səbəbdən, görüntülərdəki şəxsin sürücülük vəsiqəsinin belə olmaması ehtimal olunur.
Hadisə ictimai narazılıq doğurub və faktla bağlı aidiyyəti qurumların araşdırma aparacağı gözlənilir.






