18 saniyəlik gərginlik: Rusiya döyüş təyyarələri Litvanın hava sərhədini pozdu
Rusiya Litvanın hava məkanını pozub.
Patrulaz.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Litva hərbiçiləri məlumat verib.
Bildirilib ki, Kalininqrad vilayətindən havaya qalxan 30 döyüş təyyarəsi və bir “İL-78” tanker təyyarəsi ölkənin hava sərhədini təxminən 18 saniyə müddətinə pozub.
Rusiya təyyarələrinin bölgəyə eniş, taktiki təlim və ya yanacaq doldurma missiyası məqsədilə daxil olduğu ehtimal edilir.
Litva hökuməti isə hadisə ilə bağlı vəziyyətin “tamamilə nəzarət altında” olduğunu açıqlayıb.






