media-img_3294

2025-ci ilin yay fəslinə artıq rəng çalarları damğa vurmağa başlayıb. Moda dünyası bu il həm texnologiyanın təsiri altında formalaşan futuristik enerjiyə, həm də təbiətin sakitləşdirici və intuitiv harmoniyasına yönəlir.

Patrulaz.az 2025-ci ilin yay fəslində dəbdə olan rəngləri sizin üçün araşdırıb:

Qlobal trend proqnozlarına əsasən, bu mövsüm həm neon canlılığı, həm də pastel sadəliyi birlikdə dəbdədir.

Təbii və texnoloji arasındakı rəng oyunu

media-cyber-lime-colour-of-the-year-2024-1024x576

“Cyber Lime” (Kiber əhəng yaşılı) rəngi, yay aylarında küçə modasından tutmuş idman geyimlərinə qədər hər yerdə özünü göstərəcək. Bu parlaq neon çalar, həm texnologiyanın yüksəlişini simvolizə edir, həm də moda sevərlərə dinamik bir görünüş təqdim edir.

İstidən ilhamlanan rənglər

media-solar-flare-phoenix-phoenix-born-heart-solar-flare-its-feathers-made-solar-flare-phoenix-phoenix-340981508

“Solar Flare Orange”Solar Flare Orange” (Günəş alovu narıncısı) yay günəşinin enerjisini birbaşa əks etdirir. Festival geyimlərində, çimərlik geyimlərində və çantalarında bu rəngə tez-tez rast gələcəyik. Stilistlər bu rəngi, canlılığı və pozitiv enerjini önə çıxarmaq üçün istifadə etməyi tövsiyə edirlər.

Pastel hislərə qayıdış

media-c8030b1a58308f500f3cd183bab92661

Yumşaq və zərif “Soft Lilac” (Zərif bənövşəyi), 90-cı illərin romantik ruhunu geri gətirir. Bu pastel çalarlara yüngül yay paltarlarında və axşam kombinlərində üstünlük verilə bilər. Xüsusilə çiçək naxışları ilə birləşdikdə nostalji ilə modernliyin ideal balansını yaradır.

Dəniz sakitliyi

media-y322644390

Yay mövsümünün ayrılmaz hissəsi olan “Seaside Aqua” (Dəniz mavisi), sərinlik və rahatlıq axtaranlar üçün mükəmməl seçimdir. Üzgüçülük geyimlərində, yay çantalarında və makiyaj trendlərində bu rəng tez-tez qarşımıza çıxacaq.

Təbii tonlara geri dönüş

media-5b0e7560897689-5a5d1813b764a

Minimalist və təbii görünüşə üstünlük verənlər üçün “Buttercream Beige” (Kərə Yağı Beji) bu mövsüm əsas rənglərdən biri sayılır. Lin və pambıq kimi nəfəs alan parçalarla birlikdə istifadə edildikdə həm rahat, həm də zərif görünüş yaradır.

Qeyri-adi yay tərzi

media-inshot_20250625_113508496

Ənənəvi yay çalarlarından fərqli olaraq, bu il tünd və dərin rənglər də ön plandadır. ”Cherry Mocha” (Albalı şokoladı) rəngi yay ziyafətləri və axşam tərzi üçün cazibədar bir seçim kimi diqqət çəkir. Dodaq boyaları və manikür trendlərində bu rəng xüsusi yer tutur.

Metaliklərin qayıdışı

media-pexels-dauphotographer-30852409

Soyuq tonlu metaliklər – gümüşü, platin və güzgü effekti yaradan çalarlar bu yay aksessuarlarda və ayaqqabılarda futuristik və iddialı bir görünüş axtaranların favorisinə çevriləcək.

Bəs bu rənglərin trend olmaq səbəbi nədir?

media-cosmetics-9086984_1280

2025-ci ilin yay dəbini formalaşdıran rənglərin seçilməsi sadəcə estetik səbəblərə əsaslanmır. Bu rənglərin hər birinin arxasında psixoloji, sosial, texnoloji və ekoloji səbəblər dayanır. Gəlin səbəbləri bir-bir təhlil edək:

1. Post-pandemiya dövrünün təsiri:

media-65339c2a7ec9f65339c2a7eca0169788113065339c2a7ec9c65339c2a7ec9e

İnsanlar pandemiyadan sonra pozitiv, enerjili və emosional olaraq yüksəldici rənglərə daha çox meyl ediblər. Məsələn, “Solar Flare Orange” və “Cyber Lime” kimi parlaq rənglər, insanların içindəki həyat eşqini, sosiallaşmağa olan ehtiyacını və açıq havada olma istəyini simvolizə edir. Bu, bir növ “mən buradayam!” deyən rənglərdir.

2. Texnologiyanın gündəlik həyata daha çox inteqrasiyası:

media-1739617603_kt

Süni intellekt, artırılmış reallıq və futuristik dizaynlar modaya da sıçrayıb. Buna görə də metaliklər (gümüşü, platin) və “Cyber Lime” rəngləri texnoloji estetikaya sahibdir. Bu rənglər “gələcəklə uyğunam” mesajı verir və dijital dünyaya vizual bir cavabdır.

3. Ruhsal balans və sakitlik axtarışı:

media-2025062511490898

Bu tempolu dünyada insanlar sakitləşdirici və “təbii” rənglərə üstünlük verir. “Soft Lilac”, “Buttercream Beige” və “Seaside Aqua” bu ehtiyaca cavab verir. Pastel tonlar zehni dincəldir, həmçinin duyğusal sabitlik və incəlik hissi yaradır.

4. Trend proqnozlaşdırıcılarının psixoloji təhlilləri:

media-pexels-cottonbro-8877115

“Pantone”, “WGSN”, “Trend Union” kimi qurumlar hər il geniş psixoloji və sosioloji araşdırmalar aparır. Onların analizlərinə görə, 2025-ci ildə insanlar həm emosional bağlılıq, həm də özünüifadə axtarışındadır. Rənglər bu hissləri ifadə etmək üçün simvolik vasitəyə çevrilib.

5. Ekoloji şüurluluq:

media-environmental-protection-326923_1280

Davamlı moda trendləri daha çox torpaq tonlarına, bitki rənglərinə və dəriyə uyğun tonlara yönəlib. Məsələn, “Buttercream Beige” və “Cherry Mocha” kimi çalarlarda təbiətə qayıdış hiss olunur. Bu rənglər “yavaş moda”nın (slow fashion) bir parçası olaraq həm zamansızdır, həm də etik istehsal prinsipinə uyğundur.

Nəhayət, bu ilin dəb rəngləri daxili ehtiyaclarımızın, texnoloji cəmiyyətin və təbiətlə bağlılığın vizual təzahürüdür. Moda sadəcə geyim deyil, bir dövrün ruhunu daşıyan dildir.

Ləman Sərraf


Bənzər xəbərlər