media-inshot_20250910_181736323

“Biz eyni dərəcədə, eyni şəraitdə blokadadan çıxarılırıq”.

Patrulaz.az “Civil Net.am”a əsasən xəbər verir ki, bu sözləri sentyabrın 10-da Milli Assambleyada sual-cavab iclasında Ermənistan-Azərbaycan sülh prosesinə toxunan xarici işlər naziri Ararat Mirzoyan deyib.

Sülh prosesindən danışan nazir onu daimi qayğı və ehtiyat tələb edən uzun bir yol kimi qiymətləndirib.

Ermənistan XİN rəsmisi Zəngəzur dəhlizi vasitəsilə regional kommunikasiyaların açılmasına da münasibət bildirərkən vurğulayıb ki, bu məsələ yalnız Azərbaycanın Ermənistan ərazisindən Naxçıvana keçməsi ilə bağlı deyil, eyni zamanda qarşılıqlı prinsiplə yolların bağlanmasının aradan qaldırılmasını da əhatə edir:

“Biz eyni dərəcədə, eyni şəraitdə blokadadan çıxarılırıq. Hörmətli insanlar, unutmayaq ki, Ermənistan Respublikası otuz ildən artıqdır ki, hər iki tərəfdən blokadadadır və indi imkanlar əldə edirik”, – XİN rəhbəri qeyd edib.

Gülbəniz Səfərova


Bənzər xəbərlər