media-inshot_20251021_160833519

Argentinanın şimalında, And dağlarının 3000 metr hündürlüyündə dünyanın ən qədim dinozavr növlərindən birinə aid daşlaşmış sümüklər aşkarlanıb.

Patrulaz.az xarici KİV-ə istinadla xəbər verir ki, aparılan tədqiqat nəticəsində 225-230 milyon il əvvəl yaşadığı təxmin edilən dinozavr növünün demək olar ki, tam skeleti üzə çıxarılıb.

Məlumata görə, fosilin kəllə sümüyünün bir hissəsi, quyruğa qədər bütün fəqərələri, həmçinin ön və arxa ayaqları toxunulmaz vəziyyətdə qalıb.

Alimlər bildirirlər ki, bu növ ot yeyən dinozavrlar qrupuna aiddir, lakin ölçülərinə görə digərlərindən fərqlənir – uzunluğu təxminən 2 metr, çəkisi isə cəmi 18 kiloqram olub.

Tədqiqatçılar hesab edirlər ki, bu kəşf dinozavrların təkamül tarixi barədə yeni elmi məlumatların əldə edilməsinə imkan yaradacaq.


Bənzər xəbərlər