ABŞ-də dəhşət: Münaqişəni sakitləşdirməyə gələn polis vətəndaşı güllələdi - VİDEO
ABŞ-nin Kaliforniya ştatında afroamerikalı polis tərəfindən güllələnib.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, əvvəlcə həmin şəxs mopedlə hərəkət edən yeniyetmələrin avtomobilinə çırpılması nəticəsində zərər çəkib. O, maşından düşərək səs-küy salıb və ətrafdakı insanlara hücum etməyə başlayıb. Yaxınlıqdakılar vəziyyətə müdaxilə üçün polis çağırıblar.
Əraziyə gələn polis əməkdaşı kişini sakitləşdirməyə cəhd etsə də, o, aqressiv davranışlarını davam etdirib. Nəticədə hüquq-mühafizə orqanının əməkdaşı atəş açaraq həmin şəxsi başından vurub.
Hadisə ilə bağlı araşdırma başladılıb.






