media-inshot_20251021_153448552

Kremlin sözçüsü Dmitri Peskov ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında keçiriləcək görüşlə bağlı açıqlama verib.

Patrulaz.az xarici KİV-ə istinadla xəbər verir ki, Peskov bildirib ki, tərəfər arasında Ukraynada müharibəyə son qoymaq məqsədilə planlaşdırılan zirvə görüşü üçün hələ dəqiq tarix müəyyən edilməyib və görüş öncəsi ciddi hazırlıqlara ehtiyac var.

“Hələ yekunlaşmamış bir şeyi təxirə sala bilmərik. Nə prezident Tramp, nə də prezident Putin dəqiq bir tarix verməyib. Ciddi hazırlığa ehtiyacımız var. Bu, vaxt apara bilər. Ona görə də ilkin olaraq dəqiq bir tarix təyin edilmədi,” – deyə Kremlin sözçüsü vurğulayıb.

Peskov həmçinin, Putin və Trampın eyni təyyarə ilə Budapeştə gedəcəyi barədə xəbərləri “fantastik ssenari” adlandırıb.

Xatırladaq ki, Tramp və Putin avqustun 15-də ABŞ-nin Alyaska ştatının Ankoric şəhərindəki aviabazada görüşərək Ukraynada müharibənin dayandırılması məsələsini müzakirə ediblər. ABŞ və Rusiya mənbələrinin məlumatına görə, həmin görüş zamanı liderlər arasında bəzi fikir ayrılıqları müşahidə olunub.

Gülbəniz Səfərova


Bənzər xəbərlər