"Atəşkəs üçün Rusiyanı yalnız Tramp razı sala bilər" - Zelenski
“Ukrayna seçkilər keçirməyə hazırdır, lakin atəşkəs lazımdır”.
Patrul.az xəbər verir ki, bu sözləri dekabrın 11- dekabrda “Könüllülər Koalisiyası”nın iclasından sonra Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Dövlət başçısı atəşkə süçün Rusiya tərəfini razı salmaqda yalnız ABŞ Prezidenti Donald Trampın yola gətirəcəyini vuğulayıb:
“Bu işdə ən çox kömək edə biləcək Amerikadır. Əgər seçkilərə indi ehtiyac varsa, atəşkəs olmalıdır – ən azı seçki prosesi və səsvermə müddəti ərzində. Bu, müzakirə edilməli olan bir məsələdir. Açığı, biz inanırıq ki, burada, Ukraynada Amerika bu barədə Rusiya tərəfi ilə danışmalıdır”.
Xatırladaq ki, ABŞ Ukraynada uzun müddətdir seçki keçirilmədiyini, buna görə də yenidən seçkilərin keçirilməsinin vacibliyini vurğulayıb.
Gülbəniz Səfərova






