media-uyrtgkdsrxzqa0cfjoncrvmw2bqlaidt

Süni intellekt alətlərinin, xüsusilə ChatGPT-nin məktəblilərin gündəlik həyatına sürətlə daxil olması təhsil sahəsində ciddi müzakirələrə səbəb olub. Bir tərəfdən, bu texnologiyanın şagirdlərin araşdırma və düşünmə bacarıqlarını zəiflədə biləcəyi ilə bağlı narahatlıqlar var. Digər tərəfdən isə mütəxəssislər hesab edirlər ki, düzgün istifadə olunduğu halda ChatGPT tədris prosesini daha səmərəli və əlçatan edə bilər.

Bəs ev tapşırıqlarında ChatGPT-dən istifadə nə vəd edir?

Mövzu ilə bağlı Patrul.az-a fikirlərini bölüşən təhsil üzrə ekspert Vüsət Əzizov qeyd edib ki, ev tapşırıqlarında ChatGPT-dən istifadə həm mühüm üstünlüklər, həm də müəyyən risklər vəd edir:

“Müsbət tərəflər kimi şagirdlərə mövzuları daha sadə və anlaşıqlı şəkildə izah edə bilməsini qeyd etmək olar. Bundan başqa ChatGPT araşdırma apararkən məlumat toplamağa və ideya formalaşdırmağa kömək edir edir və yazı, dil öyrənmə, riyaziyyat və digər fənlər üzrə əlavə dəstək rolunu da oynaya bilər. Həmçinin fərdi öyrənmə imkanı yaradır və şagird istədiyi qədər sual verə və izah tələb edə bilər,bu da vaxta qənaət edərək öyrənmə prosesini daha səmərəli edə bilər”.

media-img-20260602-wa0082

Mənfi tərəflər gəldikdə isə həmsöhbətimiz, cavabları olduğu kimi köçürməyin şagirdin müstəqil düşünmə və problem həll etmə bacarıqlarını zəiflədə biləcəyini vurğulayıb:

“Bəzi hallarda süni intellekt yanlış və ya natamam məlumat təqdim edə bilər. Eyni zamanda həddindən artıq asılılıq öyrənmə motivasiyasını və yaradıcılığı azalda və kademik dürüstlük problemlərinə, o cümlədən plagiata səbəb ola bilər.

Nəticə etibarilə, ChatGPT ev tapşırıqlarını şagirdin əvəzinə yerinə yetirən vasitə kimi deyil, mövzunu anlamağa, fikir formalaşdırmağa və biliklərini dərinləşdirməyə kömək edən bir köməkçi kimi istifadə olunduqda təhsil prosesinə müsbət töhfə verə bilər. Onun faydası əsasən istifadə üsulundan asılıdır”.

Ləman Sərraf


Bənzər xəbərlər