media-kiber-tehlukesizlik

Son illərdə kiberdələduzluq halları sürətlə artır və fırıldaqçılar müxtəlif üsullarla insanların şəxsi məlumatlarını və pullarını ələ keçirməyə çalışırlar. Bəs kiberdələduzlar daha çox hansı yaş qrupunu hədəf seçirlər və hansı insanlar bu cür hücumlara qarşı daha həssas hesab olunur?

Bu barədə kibertəhlükəsizlik üzrə mütəxəssis Zaur Qasimov Patrul.az-a öz fikirlərini bölüşüb.

Onun sözlərinə görə,kiberdələduzlar fərqli üsullardan istifadə edərək bütün yaş qruplarını hədəf alır, lakin risklər yaşa görə dəyişir:

“Kiberdələduzlar adətən yalnız bir yaş qrupunu hədəf almırlar. Hədəf seçimi istifadə olunan hücum növündən asılıdır.Yaşlı insanlar daha çox bank kartı, saxta zənglər və texniki dəstək adı ilə edilən hücumarın qurbanı olurlar. Gənclər isə sosial şəbəkələr, onlayn alış-veriş, investisiya və kriptovalyuta vədləri ilə aldadılmağa daha meyilli olurlar”.

media-media-media-img-20260519-wa0013-tpy16r-gt1753

Mütəxəssis bildirir ki, kiberdələduzluq riskini müəyyən edən əsas amil yaş deyil, insanın rəqəmsal savadlılıq və kibertəhlükəsizlik biliklərinin səviyyəsidir:

“Son illərdə müşahidələr göstərir ki, kiberdələduzlar daha çox internet və mobil tətbiqlərdən aktiv istifadə edən 18-55 yaş aralığını hədəf alırlar. Lakin kifayət qədər məlumatlı olmayan hər bir şəxs risk altındadır.Əsas məsələ yaş deyil, kibertəhlükəsizlik maarifləndirilməsi və rəqəmsal savadlılıq səviyyəsidir”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər