media-business-taxes-germany

Azərbaycanda əməkhaqqının ödənilməsi qaydası uzun illərdir əsasən ayda bir dəfə tətbiq olunan sistem üzərində qurulub. Lakin son illərdə xüsusilə özəl sektorda əməkhaqqının iki hissəyə bölünərək ay ərzində iki dəfə ödənilməsi praktikası daha geniş müzakirə olunmağa başlayıb.

Bu fonda maraq doğuran əsas məsələlərdən biri də Azərbaycan qanunvericiliyinin əməkhaqqının ayda iki dəfə ödənilməsinə necə yanaşdığıdır. Görəsən, əməkhaqqının hissə-hissə verilməsi qanunla mümkündürmü və bununla bağlı işəgötürənlərin hansı öhdəlikləri var?

Mövzu ilə bağlı Patrul.az-a danışan Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyin sədri Fariz Əkbərov bildirib ki, Əmək Məcəlləsinin 173-cü maddəsinə görə, hər ay müəyyən edilmiş əməkhaqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları kompüter proqramları vasitəsilə də aparıla bilər: 

“Hər dəfə əməkhaqqı verilərkən kompüter yaddaşında saxlanılan bu hesablamalar işçiyə təqdim edilir. İşəgötürən əməkhaqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları əks etdirilən haqq-hesab sənədlərini (kitabçalarını, vərəqələrini, çeklərini) tərtib edir. Əmək Məcəlləsinin 172-ci maddəsinə əsasən, əməkhaqqı, bir qayda olaraq, iş vaxtı müəyyən edilmiş yerlərdə ayda bir dəfədən az olmayaraq ödənilməlidir.Qanunvericilik əməkhaqqının ayda iki dəfə (məsələn, ayın ortasında avans və ayın sonunda qalıq hissə şəklində) ödənilməsini qadağan etmir. Əksinə, bir çox hallarda tərəflərin razılığı, kollektiv müqavilə və ya əmək müqaviləsi ilə əməkhaqqının ayda iki dəfə ödənilməsi müəyyən edilə bilər. Bu, işçinin sosial müdafiəsi və maddi təminatı baxımından daha əlverişli hesab oledir. əməkhaqqının ödənilmə günləri əmək müqaviləsində, kollektiv müqavilədə və ya daxili intizam qaydalarında müəyyən edilir”.

media-img-20260630-wa0009

Hüquqşünas, əgər ödəniş günü istirahət və ya bayram gününə təsadüf edərsə, əməkhaqqının ondan əvvəlki iş günü ödənilməli olduğunu qeyd edib:

“Qanunvericiliyinə görə, əməkhaqqının ayda iki dəfə verilməsi tamamilə qanunidir və bu, işəgötürənlə işçi arasında bağlanmış müqavilə ilə tənzimlənə bilər. Əsas tələb odur ki, ödəniş ayda bir dəfədən az olmasın və müəyyən edilmiş vaxtda həyata keçirilsin. Əmək Məcəlləsinin 137-ci maddəsinə görə əmək məzuniyyəti işçinin arzusu və işəgötürənin razılığı ilə hissələrə bölünərək verilə bilər, bu şərtlə ki, məzuniyyətin bölünmüş hissələrindən birinin müddəti iki təqvim həftəsindən az olmasın. Əmək məzuniyyətinin bir hissəsindən istifadə edildiyi hallarda onun qalan hissəsi həmin məzuniyyətin verildiyi iş ili bitənədək və ya təqvim ilinin sonunadək, yaxud işçinin arzusu ilə növbəti iş ilinin əmək məzuniyyətinə birləşdirilib verilir.

Əmək müqaviləsi olmayan və əməkhaqqını qeyri-leqal alan işçilər məzuniyyət haqqının, xəstəlik və işdənçıxma müavinətinin ödənilməməsi ilə rastlaşır və ən əsası, gələcəkdə pensiya təminatından məhrum olurlar”.

Ləman Sərraf


Bənzər xəbərlər