O Nobel mükafatı qazandığını 12 saat sonra öyrəndi - MARAQLI
Nobel tarixində maraqlı hadisə yaşanıb.
Patrulaz.az xəbər verir ki, Fred Ramsdell adlı alim immunitet sistemi ilə bağlı apardığı araşdırmalara görə Nobel mükafatına layiq görülüb. Lakin o, bundan yalnız 12 saat sonra xəbər tutub.
Məlumata görə, Ramsdell tətil üçün həyat yoldaşı ilə birlikdə Rocky Dağları boyunca gəzintidə olub. Telefonunu söndürdüyü üçün Nobel Assambleyasından gələn zənglərə cavab verə bilməyib. Həyat yoldaşının qəfil qışqırığını eşidən Fred əvvəlcə elə bilib ki, boz ayı hücum edib. Ancaq həyat yoldaşı Neill ona “Sən Nobel mükafatı qazanmısan!” deyərək xəbəri çatdırıb.
Telefonunu açdıqda isə Ramsdell Nobel Komitəsindən “Siz indi Nobel mükafatını aldınız” mesajını görüb.
Məlum olub ki, Nobel Assambleyası gecə saatlarında doktor Ramsdell və daha iki alimə 2025-ci il tibb üzrə Nobel mükafatı verilməsi ilə bağlı əlaqə saxlamağa çalışıb, lakin o, zənglərə cavab verməyib. 64 yaşlı Ramsdell həmin vaxt istirahətdə olub.
Hadisədən sonra Ramsdell təcili olaraq Montana ştatının Livinqston şəhərindəki otelə qayıdıb və 20 saat sonra Nobel Assambleyasının baş katibi Tomas Perlmann ilə əlaqə saxlayıb. Perlmann bildirib ki, 2016-cı ildən bu vəzifədə olsa da, “heç vaxt laureata çatmaq bu qədər çətin olmayıb”.
Mükafatla bağlı fikirlərini bölüşən Fred Ramsdell isə deyib:
“Mən əlbəttə ki, Nobel mükafatını qazanacağımı gözləmirdim. Heç ağlımdan belə keçməyib.”
Qeyd edək ki, maraqlı hadisə ilə bağlı Nobel Assambleyasının baş katibi Tomas Perlmann müsahibəsində bildirib ki, 2016-cı ildən bu vəzifədə çalışsa da, heç vaxt laureatla əlaqə qurmaq bu qədər çətin olmayıb.
Gülbəniz Səfərova






