ABŞ-da 200 mindən çox insan işıqsız qalıb
ABŞ-ın bir çox ştatlarında əlverişsiz hava şəraiti səbəbindən 200 mindən çox insanın işıqsız qaldığı bildirilir.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, əlverişsiz hava şəraiti ABŞ-a təsir etməkdə davam edir. Elektrik enerjisinin kəsilməsini izləyən “PowerOutage” saytında ölkənin mərkəzi və cənub-şərq bölgələrində 200 mindən çox insana elektrik enerjisinin verilmədiyi qeyd edilib. Meteoroloqlar leysan yağışların həftənin sonuna qədər ölkənin qərb bölgələrinə də təsir edə biləcəyinə diqqət çəkib.
Nebraskada səlahiyyətlilər, görmə qabiliyyətini məhdudlaşdıran külək səbəbiylə lazım olmadıqca səyahət edilməməsi barədə məlumat paylaşıb.
Qeyd edək ki, ötən gün ABŞ-ın Missisipi ştatında əlverişsiz hava şəraiti və fırtına səbəbindən iki nəfər ölüb.