Təhlükəli manevr edən sürücü, hamilə qadının vaxtından əvvəl doğuş etməsinə səbəb olub - VİDEO
Bakıda təhlükəli manevr edən sürücü digər avtomobildə olan hamilə qadının vaxtından əvvəl doğuş etməsinə səbəb olub.
Patrulaz.az-a daxil olan məlumata görə, Bakının Heydər Əliyev prospektində hərəkət edən “77-DY-224” dövlət nömrə nişanlı “Toyota Prius” markalı avtomobilin sürücüsü digər avtomobilin qarşısına qəfil çıxaraq qəza şəraiti yaradıb.
Hadisə zamanı qarşı tərəfdə olan nəqliyyat vasitəsindəki hamilə qadın güclü həyəcan keçirib və bu, onun erkən doğuş etməsinə səbəb olub.
Hadisə ilə bağlı narazılığını bildirən şikayətçi: “Bir insanın səhvi üzündən hamilə qadın həyəcandan sarsıldı. İnsan həyatı bu qədər ucuz olmamalıdır”,- deyə o, bildirib.
Görüntüdə də görünür ki, “Prius” sürücüsü xəbərdarlıq işığı yandırmadan, qəfil hərəkətlə öz yolundan çıxıb və qaydaları pozaraq, sürətli bir şəkildə digər avtomobilin qarşısına keçib.
Gülbəniz Səfərova