"Tramp administrasiyası ilə Azərbaycan arasında münasibətlər əladır" - İlham Əliyev
Bu gün Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev Azərbaycanın ABŞ ilə əlaqələrinə toxunub.
Patrul.az xəbər verir ki, dövlət başçısı iki ölkə arasındakı münasibətlərin əla olduğunu bildirib.
“Tramp administrasiyası ilə Azərbaycan arasında münasibətlər əladır. Biz çox məmnunuq ki, bu münasibətlər artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib”, – deyə ölkə lideri vurğulayıb.






