media-img_0018

İsrail Xarici İşlər Nazirliyi Vatikanın prezidenti Papa Fransiskin vəfatı ilə bağlı başsağlığı verib. Daha sonra isə nazirlik sosial şəbəkədə paylaşdığı başsağlığı mesajını qısa müddət silib.

Patrulaz.az xarici mətbuata istinadən xəbər verir ki, paylaşımı silən İsrail Xarici İşlər Nazirliyi də mesajın silinməsi üçün bütün dünya üzrə diplomatik nümayəndələrinə təlimat göndərib. Qeyd edilib ki, bəzi İsrail səfirləri nazirliyin daxili kommunikasiya qruplarında bu qərarı “İsrailin xristian dünyası və katolik icması içərisində imicinə xələl gətirəcəyi” səbəbi ilə tənqid ediblər.

İsrail Xarici İşlər Nazirliyinin yüksək rütbəli rəsmisi “başsağlığı mesajının səhvən atıldığını, Papanın sağ ikən verdiyi açıqlamalara cavab verdiklərini, ölümündən sonra bunu etməyəcəklərini və dindarlarının hisslərinə hörmətlə yanaşacaqlarını” deyib. Ancaq Xarici İşlər Nazirliyində çalışan bəzi şəxslər bu qərarı tənqid ediblər.

İsrail Xarici İşlər Nazirliyinin bu addımında Papa Fransiskin İsrailin Fələstin ərazilərindəki işğalçılıq siyasətləri və Qəzzaya hücumları ilə bağlı tənqidi açıqlamalarının təsirli olduğu qiymətləndirilib.


Bənzər xəbərlər