media-8ef56167-ade8-49b0-a0f6-fc4809c63477

Ayağında estetik əməliyyat etdirmək istəyən qadın əməliyyatdan sonra ciddi fəsadlarla üzləşib.

Patrulaz.az-a daxil olan məlumata görə, Minakovskaya Zarina Viktorovna adlı xəstə VMR estetik klinika mərkəzinə müraciət edib. Pasient qarın nahiyəsindən ayaqlarına piy köçürməsi əməliyyatı etdirib. Əməliyyatı klinikanın həkimi Gülsüm Əliyeva həyata keçirib.

Əməliyyatdan sonra onun ayağında ciddi problem yaranıb. Xəstə yenidən həkimin yanına qayıdıb və bu dəfə həkim onun ayağını deşib və içəridən yoluxmuş qalıqları parçalara ayırıb.

Amma problem bununla bitmir. Baldır nahiyəsindəki yara müntəzəm olaraq irinləməyə başlayıb və infeksiya digər nahiyələrə yayılıb.

Zarina Viktorovna bildirib ki, mövcud vəziyyət həm səhhətinə, həm maliyyəsinə, həm də işinə təsir edib. Onun sözlərinə görə, həkim kompensasiya ödəmək üçün heç bir tədbir görmür.

Qeyd etmək lazımdır ki, bütün ödənişlər zərərçəkmişin öz hesabınadır və ayağının vəziyyəti hələ də eynidir. Pasientin vəziyyəti hazırda onu çox ciddi narahat edir, çünki ayağına vurulan piyin tam olaraq çıxması hələ ki, məlum deyil.

Gülbəniz Səfərova

media-b0838f27-ad6b-4800-8666-f9e57d95cd2b media-f17da0b8-0150-4efc-9c76-e4ebfb9241eb media-cb218876-1596-46f9-b8da-2a6e67ceb33e media-ff95c985-0068-4d30-bc0a-c7a1c5ac6a91 media-16c4dcf6-31a7-4f39-af65-b3aa09892cd2


Bənzər xəbərlər