media-img_0017

Hindistanın idarə etdiyi Cammu və Kəşmir bölgəsində silahlı şəxslərin turistlərə atəş açması nəticəsində 26 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, müsəlmanların çoxluq təşkil etdiyi Pahalqam bölgəsində iki və ya üç silahlı şəxs əraziyə gələn turistlərə atəş açıb.

Polis rəsmilərinin verdiyi ilkin məlumatlara görə, hücumda ən azı 26 nəfərin öldüyünü və çoxlu sayda insanın yaralandığını açıqlayıb.

Rəsmilər yaralıların dərhal xəstəxanaya aparıldığını və ən azı iki nəfərin vəziyyətinin ağır olduğunu bildirib.

Hindistanın baş naziri Narendra Modi X hesabında etdiyi paylaşımda, Cammu və Kəşmirin Pahalqam rayonunda törədilən terror aktını şiddətlə qınadığını bildirib, yaxınlarını itirənlərə başsağlığı verib.

Hücumun arxasında duranların məsuliyyətə cəlb ediləcəyini bildirən Modi, terrorla mübarizədə qətiyyətin sarsılmaz olduğunu və daha da güclənəcəyini vurğulayıb.


Bənzər xəbərlər