ABŞ prezidenti Donald Trampın administrasiyasında “Xüsusi Missiyalar Nümayəndəsi” vəzifəsində çalışmış Riçard Qrenell Ukraynanın NATO-ya üzvlük tələbinə qarşı çıxıb.

“Patrulaz” xarici KİV-ə istinadən xəbər verir ki, İsveçrənin Davos şəhərində keçirilən Ümumdünya İqtisadi Forumunun (WEF) 55-ci İllik Toplantıları çərçivəsində “Öncə Ölkəniz – Bizimlə Qazan” adlı paneldə Ukraynada davam edən müharibə və Avropa ölkələrinin Kiyevə dəstəyi müzakirə edilib.

Paneldə Belçikanın Baş naziri Alexander De Croo, Latviya Prezidenti Edqars Rinkeviç, Polşa Prezidenti Anjey Duda, Finlandiya Prezidenti Aleksandr Stubb, Xorvatiyanın Baş naziri Andrey Plenkoviç, Ukrayna baş nazirinin müavini Yuliya Svırıdenko, NATOnun baş katibi Mark Rutte və ABŞ rəsmiləri iştirak ediblər.

ABŞ prezidenti Donald Trampın administrasiyasında “Xüsusi Missiyaların Nümayəndəsi” olaraq vəzifəyə başlayan Riçard Qrenell də videokonfrans vasitəsilə əlaqə saxladığı paneldə Trampın Ukrayna ilə Rusiya arasındakı problemlərin həllində aydın olduğunu bildirib. O, ABŞ-ın keçmiş prezidenti Co Baydenin 3,5 ildir Rusiya prezidenti Putinlə danışmadığını xatırladıb.

Qrenell NATO-nun baş katibi Mark Ruttenin paneldəki “Ukrayna NATO-nun üzvü olmalıdır” ifadələrinə işarə edərək, ABŞ xalqının NATO çətirini genişləndirməsini gözləməli olmadığını bildirib. O qeyd edib ki, Ukraynanın üzvlük haqqında danışmaq gözlənilməz problemlər yarada bilər.

 


Bənzər xəbərlər