media-img_5211

NATO-nun baş katibi Mark Rutte Türkiyənin müdafiə sənayesi ilə bağlı açıqlamalar verib.

Patrulaz.az xarici mətbuata istinadən xəbər verir ki, Rutte sabah keçiriləcək və ABŞ-ın yeni müdafiə naziri Pit Heqsetin ilk dəfə qatılacağı Müdafiə Nazirləri toplantısından əvvəl mətbuata açıqlama verib. Rutte yüzlərlə təşkilatın innovasiya tərəfində çalışdığını və Müdafiə Sənayesi Rəyasət Heyətinin tərkibində minlərlə şirkətin olduğunu, həm Ankaraya, həm də Brüsselə səfəri zamanı Müdafiə Sənayesi Başçısı Prof. Dr. Haluk Görgünlə görüşdüyünü xatırladıb. Rutte qeyd edib ki, o, Fransa, Almaniya, İtaliya, İngiltərə və Türkiyə daxil olmaqla, bütün müttəfiqlərdən daha çox və daha sürətli istehsal gözləyir.


Bənzər xəbərlər